“Improtex Trucks and Buses” və “BakuBus” Şirkətlərinin Əməkdaşlığı Çərçivəsində “BakuBus”-a Aid Yeni Bölmənin Açılışı Edildi

19/10/2024
Posted by: admin

19 Oktyabr 2024 tarixində “Improtex Trucks and Buses” şirkətinin ərazisində “BakuBus” şirkətinə aid yeni avtoparkın açılışı həyata keçirilmişdir. Yeni avtopark, “BakuBus” şirkətinin “Neoplan” markalı avtobuslarının servisi, baxımı və depolanması üzrə ixtisaslaşıb. Açılış mərasimində hər iki şirkətin və Azərbaycanda yanacaqdoldurma sahəsində fəaliyyət göstərən “Azpetrol” şirkətinin rəhbər şəxsləri və nümayəndələr iştirak ediblər. “Azpetrol”, bu ərazidə yeni modul tipli yanacaqdoldurma məntəqəsi ilə avtobusların yanacaq təminatını həyata keçirəcəkdir.

Yeni avtoparkda əsasən şəhərlərarası sərnişindaşıma sahəsində fəaliyyət göstərən “Neoplan” avtobuslarının texniki baxımı həyata keçiriləcəkdir. Həmçinin Qarabağ bölgəsinə də səfər edəcək bu avtobuslar yeni avtoparkdan yola salınacaqdır. Bu bölgəyə edilən səfərlər Azərbaycanın müasir nəqliyyat infrastrukturu ilə inteqrasiyasının mühüm bir hissəsini təşkil edir və sərnişinlərin təhlükəsiz, rahat daşınmasını təmin edəcəkdir. Bu yeni bölmə, “BakuBus”-un müasir şəhər və şəhərlərarası nəqliyyat ehtiyaclarını daha yaxşı təmin etmək məqsədi daşıyır.

“BakuBus”, 2015-ci ildən etibarən Bakı şəhərinin sərnişindaşıma sahəsinə yeni standartlar gətirən və yeganə dövlət operatoru olaraq xidmət göstərən bir şirkətdir.