Rosenbauer

Rosenbauer brendi haqqında ümumi məlumatlarla tanış ola bilərsiniz.

Rosenbauer yanğınsöndürmə və fövqəladə mühafizə sistemləri üzrə dünyanın aparıcı istehsalçısıdır. Şirkət peşəkar, sənaye, zavod və könüllü yanğınsöndürmə xidmətləri üçün nəqliyyat vasitələri, yanğınsöndürmə sistemləri, avadanlıq və rəqəmsal həllər, həmçinin profilaktik yanğınsöndürmə sistemləri hazırlayır və istehsal edir. 975,1 milyon avro gəliri və təxminən 4100 işçisi ilə (31 dekabr 2021-ci il tarixinə) Roserbauer dünyanın ən böyük yanğınsöndürmə texnologiyası təminatçısıdır.

Bütün əsas standart dəstləri Avropa, ABŞ və Asiyada istehsal olunan məhsullarla əhatə olunub. Qrup 120-dən çox ölkədə aktiv xidmət və satış şəbəkəsinə malikdir. İmprotex Trucks and Buses olaraq Rosenbauer şirkətinin ölkəmizdə olan rəsmi distributeriyik. Şirkətimiz yüksək keyfiyyətli yanğınsöndürmə texnika və vasitələrini sizlərə təqdim edir.