Haqqımızda

Şirkətimiz haqqında ümumi məlumatlarla tanış ola bilərsiniz.

«Improtex» qrupunun mühüm vә sürәtlә inkişaf edәn strukturlarından biri olan «Improtex Trucks and Buses» şirkәtinin әsası 2005-ci ildә qoyulmuş vә «MAN Truck&Bus» AG­-nin rәsmi idxalçısı kimi fәaliyyәtә başlamışdır. Kommersiya avtomobillәri bazarında xüsusi mövqeyә sahib olan «Improtex Trucks and Buses» müxtәlif mәqsәdlәr üçün avtomobillәr idxal edir: inşaat, uzun mәsafәlәrә daşıma, nәqliyyat hәllәri, qida malları daşıyıcısı, kommunal avtomobillәr, yanğınsöndürәnlәr, ağır tonnajlı nәqliyyat vasitәlәri vә s. Şirkətimiz MAN, Sumitomo, Bobcat, Doppstadt, FAUN, Rosenbauer, Siroil kimi brendlərin rəsmi distributeridir. Hər bir brendin satışı və satışdan sonra servisi və xidməti mövcuddur.

 

Salyan şossesi 15-ci kilometr ünvanında yerləşən bu mərkəz özündə fərqli təyinatlı tikili və qurğuları birləşdirməklə, artıq 15 ildən artıq müddətdir ki, ilk tikildiyi gündə olan görünüşünü saxlamaqla xidmət göstərir.
Şirkətin balansında 50 – dən artıq ən müasir tikinti texnikası mövcuddur. Əsasən ABŞ, Almaniya, və Cənubi Koreya istehsalı olan bu texnikalar və təcrübəli operatorlarımız hər cür tikinti layihələrinin ən yüksək keyfiyyətlə icrasını təmin edir. Şirkətimizdə həmçinin orijinal ehtiyat hissələrinində satışı həyata keçirilir.