Bobcat

Bobcat brendi haqqında ümumi məlumatlarla tanış ola bilərsiniz.

Bobcat, Amerikanın aparıcı tikinti texnikaları istehsalı ilə məşğul olan şirkətlərdən biridir. Bobcat tikinti avadanlığı, enerji və mühərriklər, mühəndislik sahəsində qlobal liderdir və 50 ildən artıq müddətdə müştərilərə qürurla xidmət edir. Bobcat şirkəti Melroe özüyeriyən yükləyicisinin tətbiqi ilə daha yaxşı, daha ağıllı və daha sürətli işləməyin yolunu açdı. Bu maşın Bobcatın miniyükləyicisinə(skid-steer) çevrildi və dünya miqyasında kompakt avadanlıq sənayesini yaratdı. Bobcat şirkəti kompakt avadanlıqların dizaynı, istehsalı, satışı və paylanması sahəsində sənayeyə rəhbərlik edir. Bobcat şirkətinin 100 ölkədə yerləşən 900-dən çox dileri var və bütün dünya üzrə kompakt avadanlıqlar təqdim edir.
Şirkətimiz Bobcat brendinin ölkəmizdə rəsmi distributorudur və müxtəlif təyinatlı Bobcat brendinə məxsus texnikaları ölkəmizə idxal edir.. Bobcat şirkətinə məxsus tikinti, kənd təsərrüfatı, ərazilərə qulluq, kommunal xidmətlər, sənaye və mədənçıxarma üçün kompakt avadanlıqların satışı və icarəsini həyata keçiririk. Bobcat texnikalarını ən sərfəli qiymət və şərtlərlə şirkətimizdən ala bilərsiniz.
İstənilən Bobcat texnikalarının sifarişini şirkətimizə müraciət edərək etmək mümkündür.
Bobcatın aşağıda qeyd etdiyimiz çeşidləri mövcuddur.
–    Mini təkərli yükləyicilər
–    Mini paletli yükləyicilər
–    Ekskovator yükləyici (Becholoder)
–    Teleskopik yükləyicilər
–    Kompakt eskavatorlar
–    Sıxışdırıcılar (Compactors)
Yuxarıda göstərilən müxtəlif növ bobcat texnikaları yükgötürmə qabiliyyətinə, mühərrik gücünə görə və digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.