MAN

MAN brendi haqqında ümumi məlumatlarla tanış ola bilərsiniz.

MAN Truck & Bus Avropanın aparıcı kommersiya nəqliyyatı istehsalçılarından biridir və illik dövriyyəsi 9,5 milyard avrodan artıqdır (2020). Onun məhsul portfelinə furqonlar, yük maşınları, avtobuslar, dizel və qaz mühərrikləri, sərnişin və yüklərin daşınması ilə bağlı bir sıra xidmətlər daxildir. Şirkətimiz MAN brendinə məxsus olan məhsulların ölkəmizdə tək rəsmi distributorudur. Portfelimiz, ümumi çəkisi 3,0 ilə 5,5 tona qədər olan mikroavtobuslardan, ümumi çəkisi 7.49 ilə 44 ton arasında olan yük maşınlarına, ümumi çəkisi 250 tona qədər olan ağır təyinatlı avtomobillərdən ibarətdir. Bu, MAN-ı bütün çəki dərəcələrini əhatə edən tam əhatəli bir təchizatçı halına gətirir. Şirkət, eyni zamanda MAN markalı şəhəriçi və şəhərlərarası avtobuslar, və avtobus şassiləri, NEOPLAN markası altında mikroavtobus istehsal edir.

Geniş seqmenti əhatə edə bilən MAN, aşağıda göstərilən sektorlar üçün əvəzedilməz bir texnikadır. Tikinti, kənd təsərrüfatı, fövqaladə xidmət, kammunal texnika, uzun məsafəli nəqliyyat, kommersiya maşınları, şəhərdaxili və şəhərxarici sərnişindaşıma qabaqcıl bir mövqeyə malikdir.

MAN brendinə məxsus olan MAN TGX, TGS, TGM, TGL, TGA və TGE modellərini təklif edirik. Modellər ölçülərinə, təyinatına, yük götürmə qabilliyəti, mühərrik gücünə, dizaynına və digər xüsusiyyətlərinə görə bir birindən fərqlənir. MAN hazırda New Truck Generation serialı yük avtobillərinin istehsalına başlamışdır. Öz erqonomik xüsusiyyətləri, interyer və exteryer dizaynı, innovativliyi ilə seçilən MAN ın yeni nəsil yük avtomobilləri günümüzün tələblərini yüksək səviyyədə qarşılayır.

MAN hazırda innovativ və ətraf mühitə yararlı elektrik avrobuslarının istehsalına başlamışdır.  Lion’s City E modeli tam elektrik enerjisi ilə işləyərək, 550.8 km-lik məsafəni tək səfərlik batareya doldurmaqla qət edə bilir. Şəhər daxili nəqliyyat üçün əlverişli olan elektrik avtobusları, həm enerji xərclərinə qənaət, həmdə ətraf mühitə yararlılıq baxımdan çox əlverişlidir. İsti və soyuq hava şəraitində, mütəmadi olaraq havalandırma sisteminin işləyişi ilə paralel olaraq, 16 saat ərzində öz batareyasının 60% ini istifadə edir.

Şirkətimizin distributerliyini etdiyi MAN Servisimizdə yüksək ixtisaslı, təcrübəli və təlim görmüş mütəxəssislərimiz tərəfindən yüksək keyfiyyətli servis göstərilir. Mobil servisi xidmətimiz mövcüddur, belə ki xüsusi avadanlıqla təchiz olunmuş MAN servis avtomobili Azrəbaycanın istənilən regionunda servisi xidməti təşkil etmək bacarığındadır.  Mobil 24 Servis xidməti 365 gün 24 saat daim xidmətinizdədir.