Caspian Agro 2022

30/06/2022
Posted by: admin

1991-ci ildən fəaliyyət göstərən “İmprotex” Şirkətlər Qrupu nəqliyyat, metalkonstruksiya, yük maşınları və onların üst qurğularının və yarım qoşquların istehsalı, turizm sahələrində fəaliyyət göstərir.

Ən son texnoloji yeniliklərə və Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş “İmprotex İndustries” zavodu ümumilikdə illik 1200 ədəd idxalı əvəz edə bilən müxtəlif təyinatlı üst qurğu və kənd təsərrüfatı qoşquları, həmçinin mürəkkəbliyindən asılı olaraq 10 000 – 20 000 ton metal konstruksiya istehsal etmək gücünə malikdir.

“İmprotex İndustries” stendində yerli istehsal olan və dünya standartlarına cavab verən müxtəlif qoşqu və yarım qoşqular, platforma və çənlər nümayiş olunub. “İmprotex İndustries” zavodu istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan verib. Hal-hazırda zavod yeni avadanlıqlarla təchiz olunmaqdadır ki, bu da ənənəvi metal konstruksiyalardan savayı, son texnologiyalar ilə dənli bitkilərin anbarlama (silo) və emal qurğularını, həmçinin “pivot” və “side-roll” tipli suvarma sistemlərin istehsal xəttini qurmağa imkan verəcək.

“İmprotex İndustry” zavodunun istehsalı olan və sərgidə nümayiş etdirdiyi texnikalar aşağıdakılardır:

– 10 tonluq su çəni

– 5 tonluq yanacaq çəni

– 10 tonluq lafet

– 6 tonluq lafet

– Meyvə toplama platforması

Kənd təsərrüfatı sahəsində aparıcı rol oynayan “İmagro” şirkəti ölkəmizdə aqro sektorunun inkişafı üçün texnoloji avadanlıq və texnikaların rəsmi distribütorluğu ilə məşğuldur. Şirkətin rəsmi distribütorluğunu etdiyi “Horsch”, “Massey Ferquson”, “Hattat” və digər dünya brendləri kənd təsərrüfatı üçün yararlı texnikaların istehsalında dünya liderləri arasındadır. “İmagro” şirkətinin stendində nümayiş etdirilən texnikaların siyahısı aşağıdakılardır.

– Massey Ferguson 7722

– Massey Ferguson 7618

– Massey Ferguson 7726

– Moro Aratri

– Alpego

– Farmet

– Horsch Pronto 4 DC

– MAN Agro

“Improtex” Şirkətlər Qrupu