MAN TG2 Texnofest Sərgisində

07/07/2022
Posted by: admin

Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi möhtəşəm Texnofest 2022 sərgisində İmprotex şirkəti iştirak etmişdir. MAN Truck and Bus MMC-nin 15 ildən artıq distributerliyini edən İmprotex Trucks and Buses şirkəti sərgidə MAN TG2 modeli olan yanğınsöndürən texnikanı nümayiş etdirmişdir.

Texnikanın üst qurğusunun istehsalı İmprotex İndustry zavoduna məxsusdur və fövqəladə hallara yararlıdır. 2005-ci ildə MAN TGL yük maşını Amsterdamda keçirilən Avropa Avtomobil Nəqliyyatı Sərgisində “İlin Yük maşını 2006” mükafatını almışdır.

Sərgidə təqdim etdiyimiz model MAN TGL 7.160 4×2 BB modelinə aiddir. Oxların birgə yükgötürmə qabiliyyəti 7.5 tona qədərdir. Yanğınsöndürən texnikanın su çəninin həcmi 2000 l, köpük çəninin həcmi isə 400 l – dir. Su vurma qabiliyyəti isə dəqiqədə 3000 litr/dəqiqədir. Bunlardan əlavə texnika ilkin xilasetmə üçün müxtəlif növ avadanlıqla təchiz olunmuşdur.